Əlaqə Arxiv
news Image
2014.09.02
10:30
| A A A
İki rayonunun suyu kəsiləcək

Bu gün Bakının iki rayonunun su təchizatında fasilələr yaranacaq.  "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektlərində yerləşən binalara içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Sizin Reklam Yeriniz