Əlaqə Arxiv
news Image
2014.09.03
12:45
| A A A
Mikayıl Cabbarov hazırlıq sinifləri ilə bağlı əmr verdi

Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planının təsdiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə verilib. Nazir məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Tədris resursları şöbəsinə (F.Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin edilməsini tapşırıb. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub. 

Sizin Reklam Yeriniz