Əlaqə Arxiv
news Image
2014.09.03
17:21
| A A A
Azərbaycan ikinci süni peykini bu il orbitə çıxara bilər

"Fransa-Azərbaycan kosmik əlaqələrinin əməkdaşlığı çərçivəsində yerinə yetirən "Azerspace-2" SPOT 7 proqramı artıq öz həllini tapmaqdadır".

Movqe.az -ıin xəbərinə görə, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir əlavə edib ki, müqavilələrin bağlanması üçün artıq son məsələlər həll olunur. "Hesab edirik ki, bu il artıq biz bu layihəyə qoşulacağıq. Azərbaycanın ikinci süni peykinin orbitə çıxarılmasını, onun fəaliyyətə başlanmasını görəcəyik", - deyə Ə. Abbasov qeyd edib.

Sizin Reklam Yeriniz