Əlaqə Arxiv
news Image
2014.09.04
17:25
| A A A
Nazirlik elektron xidmətlərinin sayını artırıb
Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 54 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestrin"də elektron variantda dərc edilib.  Vergilər Nazirliyindən Movqe.az-a daxil olan məlumata görə, nazirlik tərəfindən daha 4 yeni xidmətin - "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması" və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi"elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.
Sizin Reklam Yeriniz