Rus qoşunu Ukraynada
"SkyNews"da amerikalı müxbirin çəkdiyi qalmaqallı görüntülər yayılıb
Amerikalı jurnalistlər Ukraynanın Mariupol şəhəri
yaxınlığında Rusiya hərbçilərinin və texnikasının görüntülərini
çəkiblər.
ANS PRESS-in məlumatına görə, "SkyNews"un müxbirinin çəkdiyi videoda Rusiya qoşunlarının zirehli maşınlardan ibarət konvoyu əks olunub. Müxbir qeyd edir ki, hərbçilər xüsusi geyimlərlə təchiz edilib və onların xüsusi döyüşçülər olduqları ehtimal olunur.
Qeyd edək ki, artıq Mariupol ətrafı ərazilər Rusiya Federasiyasının ağır artilleriyaları ilə əhatə edilib. Rusiya qoşunları Mariupola gedən yolda xeyli ərazini tutub.
Bu baş verənlərə baxmayaraq Rusiya tərəfi məlumatları təkzib edir və Ukrayna ərazisində hərbi qüvvələrinin olmadığını iddia edir