Əlaqə Arxiv
news Image
2014.09.05
10:00
| A A A
Azərbaycan, Ermənistan prezidentləri və ABŞ dövlət katibi arasında görüş olub

Sentyabrın 4-də Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ dövlət katibi Con Kerri arasında üçtərəfli görüşü olub.APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirak edir.

Sizin Reklam Yeriniz