Əlaqə Arxiv
news Image
2014.09.06
13:01
| A A A
Obama İŞİD-i məhv edəcək
ABŞ prezidenti Barak Obama İŞİD-i zəiflədəcəklərini və "Əl-Qaidə" kimi dağıdacaqlarını söyləyib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama Uelsin Nyuport şəhərindəki NATO sammitinin başa çatmasından sonra mətbuat konfransı təşkil edib.


ABŞ prezidenti çıxışı zamanı "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı keçirilən hücumlarda quru əməliyyatının da ola biləcəyi siqnalını verib.

"İŞİD-ə qarşı koalisiya yaradılması barədə NATO-da ümumi bir fikrə gəldik. Buna görə də bölgədəki qruplarla daha yaxın iş birlyində olmaq məcburiyyətindəyik. İlk mərhələdə İŞİD-i sıxışdıracağıq, sonra da ortadan götürəcəyik. Eyni ilə Somalidə "Əl- Qaidə"yə etdiyimiz kimi. Bu tip qruplaşmaların ABŞ-lı şəxsləri və xalqı hədələməsinə qarşı hər cür addımı atmağa hazırıq və buna göz yuma bilmərik. Bölgədə geniş bir fəaliyyətə malik olan təşkilatı mühasirəyə salmaqla dağıtmaq olmaz. Bu qruplaşmanı ilk növbədə, geri çəkilməyə vadar etmək, əllərindəki bacarıq və imkanları almaq, liderlərini ortadan götürməklə məhv etmək olar." – deyə ABŞ prezidenti Barak Obama çıxışında bildirib.

Sizin Reklam Yeriniz