Əlaqə Arxiv
news Image
2014.09.06
19:14
| A A A
Daha bir terrorçu lideri məhv edildi
ABŞ-ın Somalidə "Əş-Şəbab" qruplaşmasına qarşı keçirdiyi əməliyyatlar nəticə verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , sentyabrın 2-dən "Əş-Şəbab" qruplaşmanın bazası yerləşən Barave limanına hücumlar həyata keçirən ABŞ, hava zərbəsi ilə qruplaşmanın lideri Əhməd Qodanı öldürüb. Bu barədə Pentaqonun sözçüsü, kontr-admiral Con Körbi məlumat verib.

""Əş-Şəbab"ın təsisçilərindən olan Əhməd Qodanın məhv edildiyi barədə məlumatı təsdiqləyirik" - deyə Pentaqondan verilən açıqlamada bildirilir.

Qeyd edək ki, Əhməd Qodan 2008-ci ildən bəri "Əş-Şəbəb"ın lideri idi və ABŞ hökumətinin terrorçular siyahısına salınmışdı. Dövlət Departamenti isə onun axtarışına 7 milyon dollar mükafat təyin etmişdi.
Sizin Reklam Yeriniz