Əlaqə Arxiv
news Image
2014.09.06
21:13
| A A A
ABŞ-dan İŞİD-ə 4 yeni zərbə
ABŞ ordusu İraq və Şam İslam Dövləti terror qruplaşmasının mövqelrinə yenidən hava zərbələri endirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , ABŞ Silahlı Qüvvələrin Mərkəzi Qərargahından verilən açıqlamada bildirilir ki, İŞİD-ə məxsus 4 hədəf məhv edilib.

Hava zərbələri İŞİD-in Mosul anbarı və Ərbil yaxınlığındakı mövqelərinə endirilib. Döyüş təyyarələri və pilotsuz uçaqlarla təşkil edilən hücumda İŞİD-ə aid müşahidə nöqtəsi, "Humvee" nəqliyyat vasitəsi, bir zirehli texnika, bir yük maşını və üç səhra topu məhv edilib.

ABŞ təyyarələri əməliyyatı başa vurduqdan sonra geri dönüb.

Qeyd edək ki, ABŞ aviasiyası indiyə kimi İŞİD-ə qarşı 131 hava hücuçu təşkil edib.
Sizin Reklam Yeriniz