Əlaqə Arxiv
news Image
2014.09.07
13:10
| A A A
Azərbaycanda "Mitsubishi" ağaca çırpılıb yandı
Ötən gecə Göygöl rayonunda yol qəzası baş verib.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Göygöl rayon mərkəzindən 4 km aralıda "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə yanğın baş verib və avtomobilinin yanar hissəsinə zərər dəyib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğınsöndürənlər tərəfindən yarana biləcək əlavə təhlükənin qarşısı alınıb.
Sizin Reklam Yeriniz