Əlaqə Arxiv
news Image
2014.09.07
22:12
| A A A
Ağır çanta xəstəlik yaradır

Ağır və böyük çantalar qadınlarda bel əyriliyi yaradır.

Movqe.az axar.az-a istnadən xəbər verir ki, gündəlik həyatda qadınların istifadə etdiyi böyük və ağır çantalar onların görünüşünə təsirsiz ötüşmür. Belə ki, xüsusilə son illərin dəbi olan böyük çantalara üstünlük verən xanımlarda bel ağrıları yaranır.

Mütəxəssislər qeyd edirlər ki, böyük və ağır çanta daşımaq, gərgin iş həyatı, ev işləri, həmçinin stress də bu ağrıları artırır. Hazırda dünyada gənc qadınların təxminən 20 faizi bu xəstəlikdən əziyyət çəkir və bunun səbəbkarı ağır və böyük çantalardır.

Mütəxəssislər qeyd edir ki, ağır çantaların yaratdığı fəsadlar təkcə ağrılarla kifayətlənmir. Bu, sonradan xanımlarda görünə biləcək bel əyrilikləri də yaradır. Həmçinin onurğa xəstəliyi, hərəkət ritminin dəyişməsi, vaxtından əvvəl bel bükülməsi kimi fəsadların səbəbi də ağır çantalardır.

Sizin Reklam Yeriniz