Bulvarda tramvay olacaq
"Böyük Bakının Regional İnkişaf Planı" layihəsində 92,3 kilometr
uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro
xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir. Bu, onu göstərir
ki, layihə müəllifləri və şəhərsalma üzrə mütəxəssislər metronun
inkişafına daha böyük üstünlük verirlər. Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzərTAc-a
müsahibəsində metronun şəhər nəqliyyatında çox mühüm rol oynadığını
bildirib. C.Qocayev deyib ki, metro digər nəqliyyat növləri, o
cümlədən elektrik qatarı ilə müqayisədə əlavə ərazi tələb etmir.
Yəni, heç bir tarixi abidə və tikili sökülmədən yerin altı ilə yol
çəkilir. Məhz bu baxımdan metro tikintisinə layihədə xüsusi önəm
verilir. Elektrik qatarı üçün isə müvafiq yol çəkilməlidir. Bununla
belə, ən səmərəli yerüstü nəqliyyat elektrik qatarı hesab olunur.
Şəhər ətrafında nəqliyyatın bu növü geniş tətbiq edilir.
Şöbə müdiri qeyd edib ki, gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə ediləcəyi istisna deyil. Dünyada getdikcə tükənən neft ehtiyatları mütəxəssisləri daha çox alternativ enerjidən istifadə etməyə sövq edir. Azərbaycanda isə alternativ enerji mənbələri kifayət qədərdir.Təbii ki, nəqliyyatda da bu enerjidən istifadə olunacağı gün uzaqda deyil.