Əlaqə Arxiv
news Image
2014.09.08
19:40
| A A A
100 mindən çox Ukraynalı Rusiyada qaçqın statusu aldı

Hər gün 500 adam xaricdən "soydaşların könüllü köçürülməsi" proqramına qoşulmaq üçün müraciət edir

Rusiyada 105 min Ukrayna vətəndaşı qaçqın statusu alıb. Movqe.az-ın məlumatına əsasən, hər gün 500 adam xaricdən "soydaşların könüllü köçürülməsi" proqramına qoşulmaq üçün müraciət edir. Bununla bağlı açıqlama verən Rusiya baş nazirinin köməkçisi Dmitri Kozak əlavə edib ki, bu proqram üzrə kvotanı 20 minə qədər artırmaq lazımdır.


BMT-nin məlumatına əsasən, avqustun əvvəlində Rusiyaya artıq 730 min ukraynalı gəlmişdi. Səbəb isə Ukraynanın cənub-şərqində Rusiya ilə silahlı münaqişə idi. Bundan əlavə Miqrasiya xidmətindən bildirilib ki, 33 min adam da Rusiya vətəndaşllığı almaq üçün müraciət edib.


Hakimiyyət qaçqınların məskunlaşdırılması üçün 359 milyon rubl ayrılıb.

Sizin Reklam Yeriniz