Əlaqə Arxiv
news Image
2014.09.08
19:08
| A A A
Azərbaycanda mobil nömrələrin satışı və sənədləşməsi “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək

"Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar məlumatlarını "Elektron-hökumət" portalına daxil etməkdə maraqlıdır. Hazırda bununla bağlı Məlumat Hesablama Mərkəzi (MHM) ilə mobil operatorlar arasında danışıqlar gedir".Movqe.az-ın məlumatına görə, bunu APA TV-də efir gedən "Sosium" verilişinin qonağı olan MHM-nin direktoru Nail Mərdanov bildirib. "Mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi "Elektron hökumət" portalı üzərindən həyata keçiriləcək. Vətəndaşlar portala daxil olacaq və bu əməliyyatı onlayn şəkildə yerinə yetirə biləcəklər. Məsələn, mobil operatorla müqavilə bağlamaq və ya mobil nömrə almaq üçün diller mərkəzinə yollanmağa ehtiyac qalmayacaq", - deyə o qeyd edib.

Sizin Reklam Yeriniz