Əlaqə Arxiv
news Image
2014.09.09
11:01
| A A A
Cəbhə xəttində atəşkəs yenidən pozulub

Movqe.az-ın məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Qarşı tərəf cavab atəşi ilə susdurulub.


Xatırladaq ki,dünən də erməni silahlı bölmələri Ağdam rayonunun Novruzlu, Cəvahirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Sizin Reklam Yeriniz