Əlaqə Arxiv
news Image
2014.09.09
12:51
| A A A
Uçqun altından çıxarılanlardan biri xəstəxanadan evə buraxılıb

Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı  binada baş verən partlayış zamanı uçqun altından çıxarılaraq Kliniki Tibbi Mərkəzə gətirilən 5 xəstədən biri artıq evə buraxılıb. Səhiyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hadisə nəticəsində bədənin küt travması ilə xəstəxananın uşaq şöbəsində müalicə alan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac dünən evə buraxlıb.  Xəstəxanaya gətiriləndən sonra ona lazımi yardım göstərilib. 2005-ci il təvəllüdlü Abbasov Ayxan axşam saatlarında gətirilib. O da bədənin küt travması ilə palata şəraitində müalicə alır. Vəziyyəti orta-ağır olan 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızıdır. Kəllə-beyin travması, qolun, bazunun, almacıq sümüyünün, 11-ci bel fəqərəsinin sınığı, döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilən xəstə hazırda reanimasiyadadır. Səhhətində müsbət dinamika var, amma bərpası üçün vaxt lazımdır. Qalan xəstələr - 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu bədənin çoxsaylı əzilmələri, 15 yaşlı İsmayıllı Aygün Vidadi qızı aşağı ətrafının didilmiş, cırılmış yarası ilə  müalicə alır. Hazırda Klinik Tibbi Mərkəzdə 4 xəstənin müalicəsi davam etdirilir. Onların səhhəti ilə mütəmadi maraqlanıb lazımi tapşırıqlar verilir. Qeyd edək ki, hadisə nəticəsində xəstəxanaya gətirilən 2000-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlunun yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə göndərilib.

Sizin Reklam Yeriniz