Əlaqə Arxiv
news Image
2014.09.10
10:00
| A A A
“Ebola”dan ölənlərin sayı- 2296 nəfər
"Ebola" virusundan ölənlərin sayı 2296 nəfərə çatıb. 

Movqe.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub. 

Məlumatda, virusun sürətlə yayılmasını nəzərə alaraq, qurbanların real sayının, əsasən də Liberiyada, daha çox olduğu bildirilir. Qeyd edək ki, Syerra-Leonedə virusun sürətlə yayılması səbəbindən sakinlərə evlərini tərk etməyə qadağa qoyulub. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen "Ebola" xəstəliyini yalnız 6-9 aydan sonra nəzarətə almaq mümkün olacağını bəyan edib.

Sizin Reklam Yeriniz