Əlaqə Arxiv
news Image
2014.09.10
19:08
| A A A
Nazirlikdən dövlət büdcəsinə 4 milyardlıq vəsait
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur

Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4 milyard 844 milyon 901,0 min manat vəsait daxil olub.


Anspress-in Analitik informasiya şöbəsinə istinadla verdiyi məlumata görə, bu məbləğin 33,9 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,7 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür.


Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 769 milyon 16,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur.


Hesabat dövründə respublika üzrə 54 min 285 vergi ödəyicisi qeydiyyata alınıb, 1 sentyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 585 min 584-ə çatıb.


2014-cü ilin yanvar-avqust ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8% faiz təşkil edib.

Sizin Reklam Yeriniz