Əlaqə Arxiv
news Image
2014.09.10
21:21
| A A A
Rusiya İranla barter edə bilər
Energetika naziri: "Barter yolu ilə nefti taxılla dəyişmək olar"

"Barter yolu ilə nefti taxılla dəyişmək nəzəri cəhətdən mümkündür". Bu barədə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak bildirib. 


O qeyd edib ki, hazırda Rusiya və İran arasında neft nəqlinə dair imzalanmış hər hansı müqavilə mövcud deyil, amma bu, yeni müqavilə bağlanması imkanını istisna etmir. 


"Rusiya İrandan neft ixracı ilə bağlı barter üzrə danışıqlar aparmır. Hazırda belə bir müqavilə yoxdur. Eyni zamanda İran öz neftini müstəqil şəkildə satır. Ancaq bizdə bəzi təklif var. Barter yolu ilə nefti taxılla dəyişmək olar. Belə bir sövdələşmə nəzəri cəhətdən mümkündür".


Qeyd edək ki, bir müddət öncə Rusiya "Birləşmiş Taxıl Şirkəti" (OZK) baş direktorunun birinci müavini Andrey Qormax bildirib ki, Rusiya və İran neft müqabilində taxıl tədarükü üzrə sövdələşmənin mümkünlüyünü öyrənirlər. Onun sözlərinə görə, ОZК ildə İrana 1-2 milyon ton taxıl tədarük edə bilər.


Sizin Reklam Yeriniz