Əlaqə Arxiv
news Image
2014.09.10
22:45
| A A A
Allahşükür Paşazadə: “Tehran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

Bakıda səfərdə olan İran İslam Respublikasının Xorasan vilayətinin valisi Əlirza Raşidianın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. QMİ-dən APA-ya verilən xəbərə görə, şeyxülislam Azərbaycan-İran əlaqələrinin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb. O, Tehranın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və İranın ali dini rəhbəri Seyid Əli Xamneyi və ölkə prezidenti Həsən Ruhaniyə salamlarını yetirməyi xahiş edib.

 

Ə. Raşidian isə deyib ki, ölkəsi qonşu Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına maraqlıdır.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin, İranın ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.

Sizin Reklam Yeriniz