Bakıda çörəyin içindən görün nə çıxdı - FOTO
Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin
qarşısı alınıb. Movqe.az xəbər verir ki,
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsinə istinadən xəbər verir ki, Penitensiar xidmət əməkdaşları
tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində
11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə
əsasən azadlıqdan məhrum edilmiş məhkumSənan İman oğlu Cabbarovun
yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, Tərtər şəhəri,
Q.Mehdiyev küç. 3 ünvanında yaşayan vətəndaşOrxan Elxan oğlu
Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zaman onun gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1
ədəd "Samsung" markalı və 1 ədəd "Nokia" markalı mobil telefon
aparatları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.