Əlaqə Arxiv
news Image
2014.09.11
14:55
| A A A
Mikayıl Cabbarovdan direktorlara xəbərdarlıq

"Azərbaycanda orta məktəb şagirdlərinin mütaliəyə marağını artırmaq üçün məktəb direktorları onlardan yay aylarında oxuduğu bədii kitabların siyahısını istəyəcək və bu iş məcburi qaydada həyata keçiriləcək". Movqe.az xəbər verir ki, bunu Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib və bununla bağlı müvafiq tapşırıqlarını da verib. Nazir qeyd edib ki, bu gün bir çox hallarda şagirdlər müəyyən imtahanlarda, müsabiqələrdə yüksək nəticələr göstərsələr də, onların dünyagörüşləri zəif olur. Müasir gənc isə lazım olan dünyagörüşə malik olmalıdır. Buna görə də şagirdlər arasında mütaliənin populyarlaşdırılmasına ehtiyac var. Bu məsələ ilə bağlı tapşırıqlar verən M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyində bu tədris ilində şagirdlərin mütaliəyə marağını artıran tədbirlər planı, yaxud lazım gələrsə, Dövlət Proqramının layihəsi hazırlanmalıdır. Bundan başqa, məktəb direktorları şagirdlərdən yay aylarında oxuduğu kitabların siyahısını könüllü deyil, məcburi qaydada tələb etməlidir. M.Cabbarov bildirib ki, hazırda məktəblilərin yay tətillərinin müddətinin qısaldılması barədə təklif hökumətə təqdim edilib, ancaq həmin müddət də şagirdlərin bədii kitab oxumalarına kifayət edər.

Sizin Reklam Yeriniz