Əlaqə Arxiv
news Image
2014.09.12
11:44
| A A A
Bu il Azərbaycanda baş verən yol qəzalarında 732 nəfər ölüb

Bu il Azərbaycanda baş verən yol qəzalarında ölüm və xəsarət alma statistikası açıqlanıb.


Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin  APA-ya verdiyi məlumata görə, cari ilin ilk 8 ayında respublika ərazisində 1719 yol qəzası baş verib. Nəticədə 732  nəfər ölüb, 1747 nəfər yaralanıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 178, 22 ölüm sayı , yaralı sayı isə 297 fakt azalıb.

 

Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən  620 yol qəzası baş verib. Nəticədə  235 nəfər ölüb, 440 nəfər yaralanıb.

 

Hesabat dövründə sərxoş sürücülər tərəfindən  42 yol qəzası qeydə alınıb. Nəticədə 21 nəfər ölüb, 52 nəfər yaralanıb.

 

Cari ilin ilk 8  ayında surət həddini aşma səbəbindən  yol qəzası 494 qeydə alınıb. Nəticədə 257 nəfər ölüb, 401 nəfər yaralanıb.

 

Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 65 uşaq ölüb, 144-ü isə yaralanıb.

 

Ötmə və qarşı hərəkətə zolağına keçmə səbəbindən  552 yol qəzası qeydə alınıb. Nəticədə  223 nəfər ölüb,  665 nəfər isə yaralanıb.

 

Sizin Reklam Yeriniz