Əlaqə Arxiv
news Image
2014.09.12
13:56
| A A A
Sabah Azərbaycan ərazisində güclü külək əsəcək

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək və güclənəcək.

 

Havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında da sentyabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı  gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz