Əlaqə Arxiv
news Image
2014.09.13
12:06
| A A A
“Google” "Polar" şirkətini aldı
"Google" şirkəti onlayn-sorğular üzrə ixtisaslaşmış "Polar" startapını satın alıb. "Google" şirkəti satın alınmış şirkətin həllərndən gələcəkdə "Google+" sosial şəbəkəsində istifadə etmək niyyətindədir. Sazişin şərtləri açıqlanmır.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, satın alınmış şirkətin "Google+"un strukturunda işləyəcəyi bildirilib. Xatırladaq ki, "Google" şirkəti bu yaxınlarda "Google+" sosial şəbəkəsinin auditoriyası haqda yeni məlumatları açıqlayaraq bildirib ki, resursdan 300 milyondan çox istifadəçi istifadə edir. Müqayisə üçün, "Facebook"da bu göstərici 1,2 milyard təşkil edir.

"Polar" şirkəti ötən il təsis edilib. Şirkət müxtəlif sorğuların tərtibi üçün proqram həlləri təklif edir.

Şirkət son 8 ayda 500 milyondan çox sorğu tərtib edib.
Sizin Reklam Yeriniz