Əlaqə Arxiv
news Image
2014.09.13
18:12
| A A A
Xırdalandakı partlayışdan xəsarət almış jurnalist öldü

Xırdalanda baş vermiş partlayış nəticəsində xəsarət almış Vidadi İsmayılov bu gecə dünyasını dəyişib. Movqe.az publika.az-a istinadən xəbər verir ki , bu barədə Respublika Yanıq Mərkəzindən baş həkimi Vüqar Ələkbərov məlumat verib.

"Onun bədəninin 90%-ı yanmışdı. Ağciyərləri də yandığı üçün iki gündür tənəffüs problemləri var idi" .

Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 3 nəfər isə ölmüşdü.

V. İsmayılov "Aztelekom" İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.

Sizin Reklam Yeriniz