Əlaqə Arxiv
news Image
2014.09.13
21:01
| A A A
Baş nazir Putinin son məqsədini açıqladı

Rusiya prezidenti Vladimir Putin Moldovanın Dnestryanı ərazisinə Odessa vasitəsilə dəhliz yaratmaq istəyir.

Movqe.az publika.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna baş naziri Arseniy Yasenyuk Kiyevdə keçirilən "Yalta Avropa Strategiyası"nın 11-ci illik konfransında deyib.

Baş nazir ifadə edib ki, bütün Ukraynanın tutulması Rusiya prezidentinin son məqsədidir.

"Putin həmçinin Donbas hövzəsində dondurulmuş münaqişə, Dnestryanı əraziyə Odessa vasitəsilə dəhliz yaratmaq istəyir. Krımın zəbt edilməsi Putinin planının birinci mərhələsi idi. Bütün Ukraynanın tutulması isə Rusiya prezidentinin son məqsədidir. O, Sovet İttifaqını bərpa etmək istəyir və Ukraynanın Avropa cəmiyyətinin bir hissəsi olacağı ilə barışmaq istəmir", - A.Yasenyuk söyləyib.

Sizin Reklam Yeriniz