Əlaqə Arxiv
news Image
2014.09.14
16:11
| A A A
Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı
ABŞ-ın və dünyanın ən nüfuzlu nəşrlərindən biri olan "The New York Times" qəzeti "XXI əsrin ən cəsur və qorxmaz oğlanı"nı seçib. Həmin oğlan İraqda yaşayan Mustafa Səddam Hüseyndir.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, İraqın mərhum prezidenti Səddam Hüseynin 14 yaşlı nəvəsi amerikalı komandosların Şeyx Nəffaf Zeydanın malikanəsinə hücumu zamanı onlara qarşı vuruşub.

Həmin anda Mustafa Səddam evdə sağ qalmış yeganə şəxs idi. Səddamın yanında atası Kusay, əmisi Uday və onların mühafizəçisi Əbdel Səmədin cəsədləri vardı.

Əməliyyatda iştirak etmiş amerikalı hərbçilərin dediklərinə görə, onlar evə girəndə Mustafa Hüseyn "qonaq"ları atəşlə qarşılayıb.

400 amerikalı komandos evi mühasirəyə almışdı. Mustafanın atası və əmisi gözünün qarşısında öldürüləndən sonra yeniyetmə 40 dəqiqə atışıb və snayper tüfəngindən 14 amerikalı dəniz piyadasını öldürüb.

Bundan sonra Səddam Hüseynin nəvəsi ilə amerikalı komandosların döyüşü 6 saat davam edib.

Amerikalılar sonda 14 yaşlı yeniyetməni qətlə yetirəndə saatlar ərzində bir oğlanla atışdıqlarına inana bilməyiblər.

"New York Times"ın reportyoru Robert Eyskyazır: "Əgər bizdə belə bir oğlan olsaydı, ona hər şəhərdə heykəl ucaldardıq. Onun cəsarətindən hər yerdə danışardıq və o, böyüyən nəslə örnək olardı".

Səddam Hüseynin nəvəsi barədə Avropa və Asiya mediası da çoxsaylı yazılar, şərhlər dərc edib. "AsiaTimes" isə "Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı" yazıb.
Sizin Reklam Yeriniz