Türkiyədə avtobus çaya düşdü: 13 ölü, 15 yaralı
Türkiyədə avtobus qəzaya uğrayıb.
Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə Antalyada baş verib.
Avtobusun aşaraq çaya düşməsi nəticəsində 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Ölən və xəsarət alanlar arasında xarici vətəndaşların olub-olmadığı barədə məlumat verilmir.