Əlaqə Arxiv
news Image
2014.09.16
12:10
| A A A
ATƏT monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Movqe.az-ın  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik-leytenant Tuncay Sevim, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik Markus Uidmer keçirəcəklər.


Sizin Reklam Yeriniz