Əlaqə Arxiv
news Image
2014.09.16
14:40
| A A A
Əli Abbasov Göygöldə qəbul keçirəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vətəndaşlarla görüşəcək.


Movqe.az-ın RYTN-ə istinadla verdiyi məlumata görə, sentyabr ayının 17-si saat 11:30-da Göygöl rayonunda (Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Kəlbəcər) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.


Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.


Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Sizin Reklam Yeriniz