Əlaqə Arxiv
news Image
2014.09.17
13:00
| A A A
İŞİD rejimin təyyarəsini vurdu

Terror təşkilatı İslam Dövləti (IŞİD) Suriyada ilk dəfə bir döyüş təyyarəsini yerə saldı. 

 Suriya lideri Bəşər Əsəd qüvvələrinə aid döyüş təyyarəsinin bomba atması ilə hərəkətə keçən İŞİD xadimləri təyyarəni vuraraq məskunlaşma məskəninin üzərinə düşməsinə səbəb olub. Movqe.az xəbər verir ki, müxalif Suriya Press Xəbər Agentliyinə görə düşən təyyarədə səkkiz vətəndaşı öldürülüb. Suriya İnsan Hüquqları Rəsədxana, "Bu, rejimin İyul ayında cihatçılara hava hücumu başlatmasından bu yana düşən ilk döyüş təyyarəsi" şərhini etdi. İŞİD tərəfdarları təyyarənin salınmasını Twitterda, "Allahu Əkbər. Allaha şükürlər olsun ki Suriya hərbi təyyarəsini Rakka səmalarında vurduq. İslam Dövləti aslanlarına təbriklər "kimi mesajlarla qeyd edib. İŞİD xadimləri ötən cümə axşamı günü də Hələb şəhəri çölündə L-39 tipli hərbi təhsil təyyarəsini salmış, pilotunu girov almışdı.

Sizin Reklam Yeriniz