Əlaqə Arxiv
news Image
2014.09.17
19:06
| A A A
Azərbaycan diasporunun veteranı vəfat edib

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Fransadakı Azərbaycan diasporunun veteranı Qədir Süleymanov dünyasını dəyişib.1917-ci ildə İrəvanda anadan olan Qədir Süleymanov İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb, əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Qafqaz İslam Ordusunun komandanı olmuş general Nuru Paşanın müdaxiləsi ilə azad edilib.Müharibə başa çatdıqdan sonra Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə bir çox mükafatlarla təltif olunub.Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi.Qədir Süleymanov sentyabrın 19-da Parisdəki Monparnas məzarlığında torpağa tapşırılacaq.

Allah rəhmət etsin!

Sizin Reklam Yeriniz