Əlaqə Arxiv
news Image
2014.09.18
11:20
| A A A
Şəmkirdə silahlı insident olub, ölən və xəsarət alan var

Şəmkirdə silahlı insident olub.


Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Rayon sakinləri, 1982-ci il təvəllüdlü Nazim Abbasovla 1985-ci il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı odlu silahdan istifadə edilib. Nəticədə R. Məmmədov aldığı güllə yarasından dünyasını dəyişib. N. Abbasov isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri araşdırılır. 

Sizin Reklam Yeriniz