Əlaqə Arxiv
news Image
2014.09.18
12:42
| A A A
İŞİD Nyu Yorkda?

İŞİD-in internet vasitəsilə etdiyi Nyu Yorka terror hücumu çağırışı səbəbiylə başda Times Meydanı olmaqla şəhərin əhəmiyyətli yerlərində təhlükəsizlik tədbirləri artırılıb. Əhəmiyyətli yerlərdə xüsusi təhsilli polis heyəti, inkişaf etmiş detektor və xüsusi təhsilli itlər qoyulub. Movqe.az xəbər verir ki, alınan fövqəladə təhlükəsizlik tədbirlərini xüsusilə turistlərin olduğu sahələr və nəqliyyat sistemi üzərində sıxlaşdıran Nyu York polisi, mətbuat mənsublarına tədbirlər haqqında yerindəcə məlumat verib. 


Nyu York Polis Şöbəsi Nəqliyyat Vahidi Büro şefi Cozef Foks tərəfindən mətbuata verilən brifinqdə, Times Meydanı ətrafındakı və metrolardakı işlər ətraflı şəkildə izah edilib. 


Polis rozeti daşıyan K-9 itlərinin metro vaqonlarında, platformlardakı zibil qutularına qədər bomba axtardığı tədbirlərin, stansiya girişlərində də cihazlarla edildiyi müşahidə edilib.

Sizin Reklam Yeriniz