Əlaqə Arxiv
news Image
2014.09.18
18:30
| A A A
Kürdəmirdə avtomobil aşıb, iki nəfər xəsarət alıb

Kürdəmir rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 15:30 radələrində qeydə alınıb. Yevlax rayon sakini Atakişiyev Qabil Xankişi oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobilinin idarəetməsini itirib və yoldan çıxararaq aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin - Ağcabədi rayon sakini Fərzəliyev Xəyyam Şahəddin oğlu ağır bədən xəsarətləri alıb. Hər iki yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. X. Fərzəliyevin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Kürdəmir Rayon polis şöbəsində araşdırma aparılır. 

Sizin Reklam Yeriniz