Əlaqə Arxiv
news Image
2014.09.19
14:30
| A A A
Orta yaşlı kişini avtobusda infarkt vurub

Bakı Beynəlxalq Avtovağzalında sərnişin avtobusunda orta yaşlı kişi qəfil dünyasını dəyişib. 


Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə avtovağzal ərazisində "Temsa" markalı avtobusda baş verib.


Məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat qrupu gedib. Araşdırmalar zamanı ölən şəxsin Qusar rayon sakini Nasir Səfərov olduğu məlum olub.


Müayinə olunarkən onun infarkt keçirdiyi müəyyən olub.


Faktla bağlı araşdırma aparılır.


(Anspress)

Sizin Reklam Yeriniz