Əlaqə Arxiv
news Image
2014.09.19
15:55
| A A A
Qırğız Respublikasının Prezidenti Hidayət Orucovu təbrik edib

Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayev Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovu təbrik edib. 


Movqe.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:


Azərbaycan Respublikasının


Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri


cənab Hidayət Orucova


Hörmətli Hidayət Xuduşoğlu,


Sizi həyatınızda əlamətdar hadisə olan - 70-illiyiniz-yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm!


Siz Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri, həm də təcrübəli siyasətçi kimi bizim dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına və dərinləşməsinə böyük töhfə verirsiniz.


Cənab Səfir, Sizə can sağlığı, tükənməz enerji, vətənə xidmətdə və bizim qardaş xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.


Hörmətlə,


Almazbek Atambayev,


Qırğız Respublikasının Prezidenti.


Bişkek, 05.09.2014. № 14-1236


Bununla yanaşı qeyd edək ki, 2014-cü ilinin sentyabr ayının 16-da Qırğız Respublikası Prezident Aparatının rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri cənab Sapar İsakov Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovu Prezident Aparatına dəvət edərək onunla görüşmüşdür.


Görüş zamanı Sapar İsakov Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin Səfir Hidayət Orucova ünvanladığı məktubunu ona təqdim etmişdir.


Sonra cənab Sapar İsakov Səfir Hidayət Orucova "İpək Yolu" adlanan Prezident hədiyyəsini təqdim etmişdir.


Həmçinin, Sapar İsakov Səfir Hidayət Orucovun "Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu" ilə təltif olunması münasibəti ilə ona öz təbriklərini çatdırmışdır.


Səmimi söhbət zamanı Qırğız Respublikası Prezident Aparatının rəhbərinin müavini Qırğızstan-Azərbaycan münasibətlərinin genişləndirilməsində və möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin böyük xidmətləri olduğunu xüsusi qeyd etmişdir.


Səfir Hidayət Orucov onun fəaliyyətini yüksək qiymətləndirilməsini və ad günü münasibətilə səmimi təbriklərə görə Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevə dərin minnətdarlığını bildirmişdir.


Səfir Azərbaycan-Qırğızstan arasında ikitərəfli münasibətlərin bütün sahələri üzrə inkişaf etməsində və genişləndirilməsində öz səylərini əsirgəməyəcəyini bildirmişdir.


Həmçinin, Qırğız Respublikasının Baş naziri Coomart Otorbayev, Xarici İşlər naziri Erlan Abdıldayev, ölkənin digər nazirləri, dövlət və ictimai xadimləri Hidayət Orucova təbrik məktubu ünvanlamışlar.

Sizin Reklam Yeriniz