Əlaqə Arxiv
news Image
2014.09.19
16:05
| A A A
Qeyri-sabit hava şəraiti həftəsonu da davam edəcək

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sentyabın 20-si Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutlub açılacağı gözlənilir. 


Gecə yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Temperaturun gecə 17-21°, gündüz 24-27° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.


Rayonlarda, xüsusilə qərb rayonlarının bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək. Dağlıq ərazilərdə külək güclənəcək. Aran rayonlarında gecə 15-20°, gündüz 24-29°, dağlıq ərazilərdə gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz