Əlaqə Arxiv
news Image
2014.09.19
18:02
| A A A
Əhməd Davudoğlu: “Türkiyə və Azərbaycan üçün müdafiə sənayesi xüsusilə strateji sektordur”

"Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib.


Azərbaycanın şanlı bayrağının yüksəldiyini gördükcə qurur duyuruq. Azərbaycanın beynəlxalq aləmdəki uğurlarını da öz uğurumuz bilirik. İnşallah, oktyabr ayında Türkiyə BMT Təhlükəsizlik Şurasına namizədliyi qazanar və bir ay-ulduzlu bayraq digər ay ulduzlu bayraqla dəyişər".

 

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında Türkiyənin baş naziri Əhməd Davudoğlu söyləyib.

 

Ə.Davudoğlu deyib ki, Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməyə, bir-birini dəstəkləməyə davam edəcək: "Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinin hər birinə  dəstək verməkdə davam edəcəyik. İnşallah, yaxın vaxtlarda daha böyük uğurlara imza atacağıq, başladığımız hər bir layihə yekunlaşacaq. Yekunlaşdırdığımız hər bir layihə də yeni layihələrin önünü açacaq".

 

Qarşıdakı illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq niyyətində olduqlarını qeyd edən Türkiyənin baş naziri bildirib ki, enerji, nəqliyyat və müdafiə sahəsində ortaqlıq inkişaf etdiriləcək: "Türkiyə və Azərbaycan üçün müdafiə sənayesi xüsusilə strateji sektordur. Bu sahədə də Türkiyə və Azərbaycan bir sıra ortaq layihələr həyata keçirməkdə qərarlıdır. Bu layihələrlə iki ölkənin indiyə kimi yazdığı uğur hekayəsi daha yüksək mərhələlərə çatacaq. Mən ikinci demirəm, birinci vətənimdə - Azərbaycanda olmaqdan qürur duyuram və Türkiyənin baş naziri olaraq hər zaman Azərbaycanın və azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bir daha ifadə etmək istəyirəm".

Sizin Reklam Yeriniz