Əlaqə Arxiv
news Image
2014.09.19
18:28
| A A A
“Əsrin Müqaviləsi”nin 20 illiyinə həsr olunan “Neft daşları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi təşkil edilib

"Qan Donorları Assosiasiyası" İctimai Birliyi , Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Binəqədi Rayon Bölməsı , "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyivə Gənc Həvəskar İdmançılar bir araya gələrək Binəqədi rayonunda yerləşən298 nömrəli Körpələr evi- Uşaq Baxçasında respublikamızda əhəmiyyətli günlərdən olan 20 sentyabr "Əsrin Müqaviləsi"nin 20 illiyinə həsr olunan "Neft daşları uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi təşkil etmişdir. Həftə ərzində tərbiyəçilər və təlimçilər tərəfindən uşaqlara neft daşları və neftdən hazırlanan məhsullar barəsində geniş məlumat verilmişdir. Uşaqlar isə əldə etdikləri bilgilərlə öz düşüncələrin rəsm vərəqlərinə köçürmüşlər. Təşkil olunan tədbirdə iştirak edən uşaqlar təşkilatçılar tərəfindən I,II,III yerlərlə mükafatlandırılmişdir. Daha sonra bağça uşaqlarının hazırladıqları rəqslərlə davam etdirilmişdir.

Qeyd edək ki , 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

Sizin Reklam Yeriniz