Əlaqə Arxiv
news Image
2014.09.19
19:51
| A A A
20 sentyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən movqe.az-a verilən  məlumatına görə:

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-21, gündüz 24-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 20-də qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz