Əlaqə Arxiv
news Image
2014.09.20
10:05
| A A A
Dünya əhalisi 11 milyard olacaq

Dünya əhalisinin artımı2100-ci ilə qədər davam edəcək.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, BMT-nin ekspertlərinin hesabatında XXII əsrin əvvəlində dünya əhalisinin 11 milyard olacağı deyilir.

Qeyd edək ki, alimlər Afrika qitəsinin hesabına daha çox qaradərili insanların artacağını bildirirlər. Belə ki, onlar afrikalılarda 1 milyarddan 4 milyarda kimi artım olacağını qeyd edirlər.

Xatırladaq ki, hazırda Afrikada hər ailədə orta hesabla 4-6 uşaq doğulur və son illərdə uşaqların HİV-dən ölməsi halları xeyli azalıb.

Sizin Reklam Yeriniz