Əlaqə Arxiv
news Image
2014.09.20
10:14
| A A A
Bura kasıbların girişi qadağandır

İmkanlı şəxslər sosial şəbəkədə də fərqlənmək qərarına gəliblər. İnternetdə pul kisələri dolu olanlar üçün xüsusi sosial şəbəkə açılıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, yeni sosial şəbəkə "The Netropolitan Club" adlanır.

Amma ondan istifadə etmək də pulsuz deyil. Varlılara qoşulmaq istəyirsənsə, xərc çəkməlisən. Adi qeydiyyata alınmaq 9 min dollara başa gəlir. Bundan əlavə, illik 3 min dollar da ödəmək lazım gələcək.

Sosial şəbəkəni yaradanlar istifadəçilər haqda məlumatların məxfi qalacağına əmin edirlər.

Sosial şəbəkədə yalnız 21 yaşı tamam olmuş şəxslər qeydiyyatdan keçə biləcək. Şəbəkədə reklam olmayacaq. Amma istifadəçilərə maraqlarına uyğun qruplar yaratmağa icazə veriləcək.

Sizin Reklam Yeriniz