Əlaqə Arxiv
news Image
2014.09.20
13:06
| A A A
Azərbaycanda hamilə qadın vuruldu, sürücü qaçdı
Dünən axşam saat 22 radələrində Gəncədə piyadanın vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 30 yaşlı Emiliya Yusibova həyat yoldaşı ilə piyada zolağından yolu keçmək istəyərkən "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub.

Zərəçəkmiş dərhal yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Şahidlərin sözlərinə görə, hadisəni törədən "VAZ" piyadanı vurduqdan sonra dərhal ərazidən qaçıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədib qaçan, 1989-cu il təvəllüdlü,Elvin İsmayılov saxlanılıb.

Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Sizin Reklam Yeriniz