Əlaqə Arxiv
news Image
2014.09.21
18:00
| A A A
Pakistanda daşqınlar nəticəsində 346 nəfər ölüb
Ötən sutka ərzində Pakistanın Pəncab əyalətində güclü daşqınlar nəticəsində 20-dən çox insan ölüb.

Ölkənin şimal və şimal-şərq rayonlarında davam edən təbii fəlakət nəticəsində, ümumilikdə, 346 nəfər ölüb.Movqe.az APA-ya istinadən verdiyi xəbərə görə, daşqınlar ölkənin cənubundakı Sind əyalətini də əhatə edib, bu bölgənin 50 mindən çox sakini təhlükəsiz ərazilərə təxliyyə olunub.

Xilasetmə əməliyyatlarına ordu qüvvələri də cəlb olunub, belə ki, əhali təbii fəlakət zonasından hərbi helikopterlər və katerlər vasitəsilə ilə də təxliyyə olunur.

Daşqınlardan, ümumilikdə, 1,7 mln sakinin ziyan çəkdiyi bildirilir. Tibb məntəqələrinə 300 mindən çox insan müraciət edib.

Qeyd edək ki, 2010-cu ildə Pakistanda daşqınlar nəticəsində 1800-dək insan ölüb, 20 mln sakinə ziyan dəyib.

Sizin Reklam Yeriniz