Əlaqə Arxiv
news Image
2014.09.21
21:04
| A A A
Əfqanıstanın yeni prezidenti məlum oldu

Əfqanıstanda prezidentlik kürsüsü uğrunda 8 namizəd yarışmışdı. Aprelin 5-də keçirilən ilk turda ölkənin sabiq xarici işlər naziri Abdulla Abdulla 44,9% və keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzay isə 31,5% səs toplamışdı.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, ikinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşəcəkdi. Onda siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə, seçkilərdə Abdulla Abdullanın qələbə qazanması qaçılmaz idi. Ancaq iyunun 14-də Əfqanıstanda keçirilmiş ikinci tur ortaya gözlənilməz nəticə çıxardı.

İyulun 7-də Əfqanıstan Azad Seçki Komissiyası səsvermənin nəticələrini açıqlamışdı. Rəsmi açıqlamaya görə səsvermədə iştirak etmiş seçicilərin 56,49 faizi Ə.G. Ahmədzaya, qalanları isə A.Abdullaha etimad göstərmişdir. Ancaq bu nəticə A.Abdulla tərəfindən rədd edilmişdi. Aylarla davam edən mübahisələr axır ki, bu iki namizəd arasında razılaşma ilə yekunlaşıb.

Son məlumata görə A.Abdulla Ə.G. Ahmedzayın prezident olmasına razılıq verib və onun ikinci turdan qalib çıxması faktı ilə barışıb. Bu barədə "BBC" radiosu məlumat yayıb.

A.Abdullanın rəsmi nümayəndəsi bildirib ki, 3 aylıq müzakirələr arxada qalıb. Və tərəflər hökumətin təşkili ilə bağlı razılığa gəliblər. Maraqlıdır ki, Ə.G. Ahmedzayın rəsmi nümayəndəsi isə tərəflər arasında danışıqların hələ yekunlaşmadığını bildirib.

Sentyabrın 21-də Əfqanıstan Azad Seçki Komissiyası seçkilərin rəsmi nəticəsi ilə bağlı son qərarını açıqlayacaq.

Sizin Reklam Yeriniz