İqtisadi Resursların Öyrənilməsi” ictimai birliyi növbəti layihəsini təqdim etdi
19 sentyabr 2014-cü il saat 1600-1700 radələrində, Beynəlxalq
Mətbuat Mərkəzinin Mətbuat zalında "İqtisadi Resursların
Öyrənilməsi" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə yardımı ilə həyata keçirdiyi "Universitetlərdə kadr
hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi
inkişafına təsirinin artırılması" layihəsinin Tövsiyə sənədinin
təqdimatını keçirmişdir. Movqe.az xəbər verir ki, İqtisadi
Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan
Atakişiyev giriş sözü ilə çıxış edərək Tövsiyə sənədini tədbirin
iştirakçılarına təqdim etmişdir.
Qeyd edək ki, Azərbaycanın qabaqcıl Universitetlərinin ekspertlərinin iştirakı ilə "AZƏRBAYCAN-2020: GƏLƏCƏYƏ BAXIŞ" İNKİŞAF KONSEPSİYASI-ında, müasir təhsil sisteminin formalaşdırılması ilə bağlı təhsilin və elmin inkişafı qarşısında duran vəzifələr müzakirə olunaraq onların təklifləri əsasında Tövsiyə sənədi hazırlanmışdır. Tövsiyə sənədində universitetlərdə tələbələrin praktikaya cəlbinin genişləndirilməsi, biznes subyektləri ilə əməkdaşlığın artırılması, tədris laboratoriyalarının qurulması, "Ustad" dərslərinin təşkili, müsabiqəli maliyyələşmənin tətbiqi, elmi-tədqiqat işlərinin kommersilaşdırılması və s. üzrə təkliflər öz əksini tapmışdır. Təqdimatda nazirlik və baş idarələrin, Bakıda fəaliyyət göstərən Universitetlərin, KİV-in nümayəndələri iştirak etmişdir.
Qeyd edək ki, Tövsiyə sənədi Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Milli Məclisin Elm və Təhsil Komissiyasına, ali məktəblərə göndəriləcəkdir.