Əlaqə Arxiv
news Image
2014.09.22
11:53
| A A A
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki ailənin təməli qoyuldu

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki yeni ailə quran gənclərin nikah mərasimi təşkil olunmuşdur.


Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər düzdülər.


Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində Rayon Qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Pərviz Əbilovla Vüsalə Bayramzadənin və Elşad Aslanovla Mətanət Muradovanın nikahlarını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim etdi.


Bəy və gəlinlərin nişan üzüklərinin dəyişdirilməsi iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olundu. Yeni evlənənlər nikah mərasimində iştirak edənlərin çoxsaylı təbrikləri qəbul etdilər.


Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı.


Yeni ailələrə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edildii.


Ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər, sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar.

Sizin Reklam Yeriniz