Azərbaycan prezidenti Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib
APA-nın məlumatına görə, dövlət başçısı
Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini
əks etdirən stendlərə baxıb. Dövlət başçısına məlumat verilib ki,
Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul,
Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121
kəndin tələbatının ödənilməsinə yönəldiləcək. Şirvan-Muğan qrup su
kəmərinin istismara verilməsi ilə ümumilikdə, 470 min insan
keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaq. Azərbaycan
Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoyub.
Dövlət başçısı mərasimdə çıxış edib. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan şəhər 1 nömrəli lisey-məktəbin müəlliməsi Aynurə Rzayeva, Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev çıxış edərək göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.